...

"Karvan" Azərbaycan çempionatının birinci dövrəsinin qalibidir

Cəmiyyət Materials 19 Dekabr 2005 11:13 (UTC +04:00)

"Karvan" Azərbaycanın futbol üzrə çempionatının birinci dövrəsinin qalibidir.

Trend in xəbər verdiyi kimi, artıq arxada qalmış 13 turun yekunlarına görə, yevlaxlılar "İnter"lə eyni xal toplayaraq onu yalnız qələbələrin sayının çoxluğuna görə geridə qoyublar. "Karvan"-"Olimpik" və "İnter"-"Bakı" oyunları 0:1 hesabı ilə birincilərin qələbəsi ilə başa çatıb.

Birinciliyin birinci yarısının yekunlarına görə, üçüncü yerdə Milli Kubokun sahibi "Bakı", daha sonra isə "Neftçi" və "Gəncə" gəlir. Ölkənin vitse-çempionu "Xəzər" 12-ci yerdə qərarlaşıb və demək olar ki, ötən mövsüm qazandığı uğurları bu dəfə təkrarlamaq şansını itirib.

Xəbər lenti

Xəbər lenti