...

Bakı və Moskvanın futbol veteranları yığması İdman Sarayında oynayacaq

Cəmiyyət Materials 22 Dekabr 2005 16:40 (UTC +04:00)

Bakı və Moskvanın futbol veteranları yığması dekabrın 24-də İdman Sarayında görüş keçirəcək.

Bakı Futbol Federasiyasında Trend ə bildirilib ki, yaxın keçmişin Aleksey Prudnikov, Nikolay Bubnov, Viktor Losyev, Dmitri Kudinov, Sergey Kolotovkin, Vladimir Tatarçuk, Vasili İvanov, Valeri Broşin, Dmitri Kuznetsov, Nikolay Saviçev, Yuri Qavrilov, Gennadi Qrişin, Dmitri Ananko, Sergey Kiryakov, Valeri Masalitin, Aleksandr Jidkov və Vladimir Semikin kimi tanınmış oyunçular paytaxta gələcək.

Meydan sahiblərinin tərkibi hələlik təsdiq olunur. Amma məlumdur ki, meydana Asim Xudiyev, Elbrus Abbasov, Şahin Diniyev, Nazim Süleymanov, Samir Ələkbərov, Şakir Qəribov, Nazim Əliyev, Yunis Hüseynov və digərləri çıxacaq.

Xəbər lenti

Xəbər lenti