...

Nazim İbrahimov: "Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə bağlı işçi qrupunun yaradılması təsdiq olunacaq"

Cəmiyyət Materials 29 Dekabr 2005 17:23 (UTC +04:00)

"Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı tədbirlərin keçirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı olacaq". Trend xəbər verir ki, bu barədə dekabrın 29-da jurnalistlərə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Bununla bağlı özünün rəhbərliyi ilə işçi qrupunun yaradılmasının təsdiq ediləcəyini bildirən N.İbrahimov işçi qrupunda Azərbaycanın bütün nazirliklərinin və dövlət komitələrinin nümayəndələrinin təmsil olunacağını bildirib. Hər bir nazirlik və komitə qarşısına konkret vəzifələr qoyulduğunu bildirən N.İbrahimov Azərbaycan dövləti tərəfindən Gürcüstan dövlətinə müəyyən tövsiyələr veriləcəyini də qeyd edib: "Məqsəd Gürcüstanda yaşayan soydaşlarımızın üzləşdiyi problemləri vaxtında həll etməkdir. Gürcüstan tərəfi bu məsələdə hər hansı bir çətinliklə üzləşərsə və yaxud yardıma ehtiyacı olarsa, rəsmi Bakı ona yardım etməyə hazırdır".

Komitə sədri 2006-cı ilin Gürcüstanda yaşayan soydaşlarımızın həyatında dönüş ili kimi yadda qalacağını bildirib.

Xəbər lenti

Xəbər lenti