...

"Yuğ" Dövlət Teatrında yapon yazıçısı Syuqoro Yamamotanın hekayələri əsasında səhnələşdirilən "Bəhs" tamaşasının üzərində son məşqlər gedir

Cəmiyyət Materials 13 Fevral 2006 14:56 (UTC +04:00)

"Yuğ" Dövlət Teatrında yapon yazıçısı Syuqoro Yamamotanın hekayələri əsasında səhnələşdirilən "Bəhs" tamaşasının üzərində son məşqlər gedir. Qeyd edək ki, teatrın yaradıcı kollektivi ilk dəfədir ki, yapon ədəbiyyatına müraciət edib. S.Yamamotanın "Qurumuş ağac" və "Tüklü krab" hekayələri əsasında hazırlanan bu tamaşa teatrın baş rejissoru Iaqif İbrahimoğlunun yozumunda öz səhnə həllini tapacaq. Tamaşanın rejissor assisenti isə Günay Səttardır. "Bəhs" tamaşasının səhnə tərtibatı Rəşid Şerifə məxsusdur. Danışığın yerinə sükuta üstünlüyün verildiyi tamaşada bol-bol jestlərdən və mimikalardan istifadə olunacaq. Tamaşada Kamran Yunus, Zümrüd Bəxtiyarlı və Yusif Novruz rol alıblar. İki hekayəni birləşdirərək tamaşa hazırlayan "Yuğ" Teatrının yaradıcı kollektivi fevralın 18-də keçiriləcək olan ictimai baxışda "Bəhs" tamaşasını teatrsevərlərin mühakiməsinə verəcəklər.

Xəbər lenti

Xəbər lenti