...

Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Simfonik Orkestrin konserti keçiriləcək

Cəmiyyət Materials 16 Fevral 2006 16:12 (UTC +04:00)

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Simfonik Orkestrin konserti keçiriləcək. Tədbirdə Qərbi Avropa və Rus bəstəkarlarının əsərlərindən ibarət parçalar səslənəcək.

Belə ki, gecədə Rimski Korsokov, Cakomo Puccini, Cuzepe Ierdi, Pulenk, Şestakoviç kimi bəstəkarların əsərləri təqdim olunacaq. Konsertin solistləri Beynəlxalq Müsabiqələr laureatı Hibla Gerzmava və respublikamızın əməkdar artisti Həsən Enamidir.

Qeyd edək ki, Ü.Hacıbəyov adına Simfonik Orkestrin konserti bədii rəhbər Rauf Abdullayevin dirijorluğu ilə gerçəkləşəcək.

Xəbər lenti

Xəbər lenti