...

Müjgan Suver: "Azərbaycan, Türkiyə və Ermənistan qadınlarını bir araya gətirmək istəiyrik"

Cəmiyyət Materials 17 Mart 2006 14:22 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Ermənistan siyasətində yeri və nüfuzu olan qadınları bir araya gətirmək istəyirik. Bu barədə Trend ə Bakıda səfərdə olan Avropa Birliyi və İnsan Haqları Platformunun sədri Müjgan Suver bildirib.

M.Suver qeyd edib ki, bu görüşü təşkil etməkdə məqsədləri Cənubi Qafqazda sülhün əldə edilməsi yollarını aramaqdır: "Tərəflərin çəkdikləri ağrı və acıları araşdırmaq, müharibənin heç bir tərəfə xeyir gətirməyəcəyi ilə bağlı məsələlərlə bağlı fikir mübadiləsi aparmaq istəyirik". M.Suver onu da vurğulayıb ki, Türkiyə-Ermənistan qadınları arasında iş birliyi ilə bağlı qrup fəaliyyət göstərir.

M.Suver qeyd edib ki, Ermənistan qadınları ilə iş birlikləri, Azərbaycan qadınları ilə isə dostluq əlaqələri mövcuddur. Türkiyəli qonaq onu da bildirib ki, ermənilərlə apardıqları danışıqlar hələ öz nəticəsini verməyib: "Onların bizə bildirdiklərinə görə, evlərində qondarma "soyqırım" köşəsi yaradıblar. "Erməni soyqrımı" nəticəsində ölən doğmalarının şəkillərini həmin köşədə yerləşdirib bu qisasla yaşayırlar". M.Suver bildirib ki, erməni qadınları ilə görüşlərində Dağlıq Qarabağ problemini də müzakirə ediblər: "Sual etdik ki, qondarma "soyqrımı" ortaya atıb dünyadan imdad diləyirsiniz. Bəs Xocalı soyqrımı, Dağlıq Qarabağ müharibəsində vəhşicəsində qətlə yetirdiyiniz azərbaycanlıları hansı zamanın ixtiyarına verək. Susdular".

Türkiyəli qonaq qeyd edib ki, məlum görüşlərdə erməni qadınları Ermənistan torpaqlarını genişləndirmək niyyətində olduqları üçün mübarizəyə qatıldıqlarını bildiriblər: "Biz azərbaycanlı həmkarlarımızla birgə masa arxasında onlarla danışıqlar aparıb bu niyyətlərinin özləri üçün ağır nəticələr verəcəklərini anlatmaq istəyirik". M.Suver Ermənistanda Qafqaz Qadınlar Birliyinin sədri və bir sıra qadın millət vəkilləri ilə bu barədə danışıqlar apardığını söyləyib.

Xəbər lenti

Xəbər lenti