...

Milli Olimpiya Komitəsi Pekin Olimpiadasına hazırlığın gedişi ilə bağlı hesabatı dinləyib

Cəmiyyət Materials 28 Mart 2006 18:31 (UTC +04:00)

2008-ci ildə Pekində keçiriləcək Olimpiya oyunlarına hazırlığın gedişi Milli Olimpiya Komitəsinin qərargah mənzilində MOK-nın Milli Federasiyalarla birgə keçirdiyi müşavirədə əsas müzakirə mövzusu olub.

Trend in xəbər verdiyi kimi, MOK-nın rəhbər heyəti vitse-prezident Çingiz Hüseynzadənin sədrliyi ilə idmanın bu və digər növlərinin inkişafı, lisenziyaların sayı ilə bağlı Federasiya rəhbərlərinin hesabatını dinləyib. Güləşçilər oyunlara 8, taekvandoçular isə 2 lisenziyanın veriləcəyinə ümid edir. Ağır atletika üzrə Federasiya ən azı 3 lisenziya müəyyən etsə də, bu rəqəmin artırıla biləcəyini istisna etməyib.

Bədii gimnastika üzrə Milli Federasiya Olimpiadaya 3 vəsiqənin verilməsinə çalışır. Gimnastların şəxsi hesabda iki, qrup tapşırıqları üzrə isə 1 lisenziya alacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti