...

"Neftçi" kapitansız qalıb

Cəmiyyət Materials 18 Aprel 2006 12:41 (UTC +04:00)

"Neftçi"nin kapitanı Nadir Nəbiyev milli birinciliyin bu yaxınlarda başlayacaq oyunlarında komandaya kömək etməyəcək.

Trend in xəbər verdiyi kimi, forvard Azərbaycan-Türkiyə yoldaşlıq matçında dizindən aldığı zədə ilə əlaqədar müalicə olunur. Həkimlərin fikrincə, yaxın 10 gün ərzində komanda lidersiz keçinməli olacaq. Bu isə o deməkdir ki, Nadir futbol üzrə ölkə çempionatı çərçivəsində "İnter"lə prinsipial qarşılaşmada iştirak etməyə bilər.

A.Mircavadov N.Nəbiyevin əsas oyunadək sağala biləcəyinə ümid edir. Əks halda onu Tomislav Mişura əvəz edə bilər. Qeyd edək ki, ailə vəziyyəti ilə əlaqədar iki ay ərzində Sloveniyada olmuş legioner əvvəlki formasını tədricən bərpa etməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti