...

Azərbaycanlı şahmatçılar Rusiya çempionatında qələbə qazanıb

Cəmiyyət Materials 24 Aprel 2006 15:19 (UTC +04:00)

Rusiyanın klub komandaları arasında keçirilən şahmat çempionatının 4-cü turunda Azərbaycanın ən güclü şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun çıxış etdiyi komandalar qələbə qazanıb. Bu barədə Trend xəbər verir.

Ancaq Kazanın "Ladya" komandasını təmsil edən T.Rəcəbov və "Termosteps" komandasının şərəfini qoruyan Ş.Məmmədyarov bu turda Y.Alekseyev və İ.Potkinlə partiyalarda heç-heçə ilə kifayətlənib.

Xəbər lenti

Xəbər lenti