Türkiyənin Antalya vilayətində Turkiyə azərbaycanlıları federasiyasının toplantısı olub. Trend in xüsusi müxbiri xəbərə verir ki, Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin rəhbərləri iştirak ediblər. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov toplantıda çıxış edib.
O, Azərbaycan prezidenti İlham Əliyevin təbriklərini toplantı iştirakçılarının diqqətinə çatdırıb. Artıq iki ildir fəaliyyət göstərən bu federasiasnın işinin gücləndirilməsinə ehtiyac var. Tədbirdə iştirak edən Azərbaycan təşkilatlarının rəhbərləri qərara gəliblər ki, növbəti iclas Ankarada keçirilsin. Yaxın günlərdə keçiriləcək həmin tədbirdə federasiyanın rəhbər orqanlarına seçkilər keçiriləcək, tədbirdə N.İbrahimov da iştirak edəcək.