...

Azərbaycanın kişilərdən ibarət voleybol yığması portuqallara məğlub olub

Cəmiyyət Materials 17 İyun 2006 13:26 (UTC +04:00)

Azərbaycanın kişilərdən ibarət voleybol yığması Minskdə başlamış Avropa çempionatı seçmə turnirinin 2-ci dövrəsində çıxışına uğursuz başlayıb.

Trend in xəbər verdiyi kimi, 1-ci oyunda Oqtay Musayevin yetirmələri 0:3 hesabla portuqallara məğlub olub. Ancaq görüşün gedişi belə nəticə barədə düşünməyə əsas verməyib. Belə ki, 1-ci partiyada rəqib yalnız tay-brekdə öz gücünü göstərməyə başlayıb (27:25). Fasilədən sonra voleybolçularımız 4 xal fərqi ilə (21:25), 3-cü partiyada isə 19:25 hesabla məğlub olub. Bu qələbə Portuqaliyaya turnir cədvəlində 2-ci yerdə qərarlaşmağa imkan verib.

"A" qrupunda ev sahibləri üzərində 3:2 hesabla qələbə qazanmış Belçika 1-ci yeri qoruyub saxlayır.

Xəbər lenti

Xəbər lenti