MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının iyunun 27-də Bakıda keçiriləcək iclasında uzunmüddətli əməkdaşlıq layihələrinin gerçəkləşdirmə konsepsiyaları və mexanizmləri müzakirə olunacaq. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən xəbər veriləcək.
İclasın gündəliyi iyunun 20-22-də Minskdə toplaşacaq işçi qrupunun görüşündə müzakirə olunur. İclas zamanı işçi qrupunun üzvləri "Birliyin Günbəzləri" və "Birliyin Əfsanələri" kimi birgə layihələrin gerçəkləşdirmə mexanizmi və konsepsiyasını, eləcə də MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının MDB-nin İcraiyyə Komitəsinin saytındakı səhifənin konsepsiya və standartları müzakirə edəcək. İşçi qrupuna Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlar və proqramlarla iş üzrə sektorun müdiri Yaşar Hüseynli rəhbərlik edir.
Mədəni siyasət üzrə işçi qrupu MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının 19-cu iclasının qərarı ilə yaradılıb (1 oktyabr 2003-cü il, Kiyev).