...

İşgəncələr Əleyhinə Komitənin sədri Qobustan Həbsxanasında monitorinq keçirəcək

Cəmiyyət Materials 4 İyul 2006 18:04 (UTC +04:00)

İyulun 5-də Avropa Şurasının Azərbaycandakı İşgəncələr Əleyhinə Komitəsinin sədri Elçin Behbudov Qobustan qapalı Həbsxanasında monitorinq keçiriəcək. Bu barədə Trend ə E.Behbudov məlumat verib.

Monitorinqin keçirilməsinə səbəb həbsxanada saxlanılan 109 məhbusun aclıq aksiyası ilə bağlı Komitəyə daxil olan məlumatlardır. Komitə sədri məhkumların narazılıqlarına səbəb olan bəzi məsələlərlə tanış olacaq, onların şikayətlərinə dair hesabat hazırlaycaaq.

Qeyd edək ki, məhbusların tələbi barələrindəki ömürlük cəzanın 15 illik cəzayla əvəz edilməsi ilə əlaqədardır. Məhbuslara təzyiqlərin göstərilməsi ilə bağlı yayılan məlumatlara da monitorinq çərçivəsində aydınlıq gətiriləcək.

Xəbər lenti

Xəbər lenti