...

Azərbaycan universitetlərindəki 4 360 magistr yeri üçün 10 795 bakalavr mübarizə aparacaq

Cəmiyyət Materials 18 İyul 2006 18:36 (UTC +04:00)

Qəbul imtahanlarının təşkilatçısı olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend ə verilən məlumata əsasən, Azərbaycan universitetlərində 2006-2007-ci tədris ili üçün ayrılmış 4 360 magistr yeri uğrunda 10 795 bakalavr mübarizə aparacaq.

Azərbaycan sektoru üzrə 8 502 ərizə, rus sektoru üzrə isə 2 293 ərizə verilib. İddiaçıların 4 705-i - oğlan, 6 090-ı isə qızdır. 1 791 nəfər fərqlənmə diplomu ilə təhsilini başa vurub ki, bunların da 1022-si bu ilin məzunlarıdır. Sənədlərini vermiş bakalavrlar arasında 4 926 nəfər 2006-cı ilin məzunlarıdır. Qeyd edək ki, qəbul imtihanları iyulun 23-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti