...

Azərbaycanın qılıncoynatma üzrə qadın yığmasının veteranları komandaya qayıdır

Cəmiyyət Materials 1 Sentyabr 2006 13:40 (UTC +04:00)

Azərbaycanın qılıncoynatma üzrə qadın yığmasının yaxın keçmişdəki liderləri yenə də komandaya qayıdırlar.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi xəbərə görə, komandanın tərkibində Dünya və Avropa çempionatlarının bürünc mükafatçıları olmuş Janna Muradqızı və Yelena Əmirova yenə də kollektivdə çıxış edəcək. "İdmançıları yenə karyeralarını bərpa etmək üçün razı salmaq çox vacib idi. Axı gənclərin yanında mütləq təcrübəli idmançılar qılınc oynatmalıdır ki, gənclər onlardan nümunə götürsün", - deyə Məmmədov bildirib.

Liderlərin kondisiyalarını nəzərə alaraq, Federasiyanın vitse-prezidenti onlardan mütləq nəticə göstərmələrini tələb etmir. Çünki qılıncoynatmada uzun müddət çıxış etmədiklərindən idmançılar əvvəlcə yenə də yarış təcrübəsini qazanmalı və özlərini rəqiblərinə xatırlatmalıdırlar.

Xəbər lenti

Xəbər lenti