...

Azərbaycanlı şahmatçı Ülvi Bacarani Avropa birinciliyində ilk 0,5 xalını itirib

Cəmiyyət Materials 15 Sentyabr 2006 15:50 (UTC +04:00)

Azərbaycanlı şahmatçı Ülvi Bacarani bu günlərdə Çernoqoriyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində ilk 0,5 xalını itirib.

Trend in xəbər verdiyi kimi, yerli şahmatçımız 5-ci tur çərçivəsində Gürcüstan nümayəndəsi Nodar Lordkipanidze ilə heç-heçə oynayaraq turnir cədvəlində 4,5 xalla 2-ci yerə enib. Analoji göstəricini 12 yaşadək şahmatçılar kateqoriyasında elə N.Lordkipanidze və rusiyalı İvan Bukavşin də əldə edib. Birinci yerdə isə rəqiblərini 0,5 xalla geridə qoymuş çex Voytsex Plat qərarlaşıb.

16 yaşınadək şahmatçılar kateqoriyasında rusiyalı Zoya Severuxina ilə heç-heçə oynamış Gülər Məmmədova 2-ci yeri qorumaqda davam edir. O, serbiyalı lider Marija Rakiçdən 1 xal geridədir və rəqibə çatmaq asan olmayacaq.

Xəbər lenti

Xəbər lenti