Avropa çepmionatından sonra orqanizmində qadağan olunmuş preparatların izlərinin tapıldığı Nizami Paşayevin iki il müddətinə yarışlarda iştirakdan məhrum edilməsi onun Olimpiadaya hazırlaşmasına mane olmayacaq.
Milli Federasiyanın baş katibi, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun Trend ə verdiyi məlumata görə, ştanqçı böyük idmana 2008-ci il oyunlarında iştirakı zamanı qayıdacaq. Buna görə də o, vaxtdan Pekində keçiriləcək Olimpiadaya məqsədyönlü hazırlıq üçün istifadə edir. "Olimpiadada onun uğurlu çıxış etməsinə mane ola biləcək yeganə amil psixoloji aspekt ola bilər. Qalan hallarda N.Paşayevin səviyyəsi bunu deməyə imkan verir ki, o, Oyunlarda dünya çempionatı mükafatına iddiaçılardan biri olacaq", - deyə İ.İsmayılov qeyd edib.
Xatırladaq ki, Nizami iki dəfə dünya çempionatı və iki dəfə Avropa birinciliyinin qalibi olub.