...

FİFA-nın Azərbaycandan olan hakimləri Çexiya-San-Marino seçmə oyununda hakimlik edəcəklər

Cəmiyyət Materials 5 Oktyabr 2006 18:08 (UTC +04:00)

FİFA-nın azərbaycanlı hakimlər briqadası 2008-ci il Avropa çempionatının oktyabrın 7-də Liberetsdə keçiriləcək Çexiya və San-Marino arasında seçmə oyununda hakimlik edəcək.

Trend xəbər verir ki, baş arbitrə Azad Hüseynov və Ramiz Əsədov kömək edəcək, futbol Femidasının dördüncü nümayəndəsinin rolunu isə Babək Quliyev icra edəcək. O, dəyişiklikləri yerinə yetirəcək, həmçinin məşqçi körpüsündə və ehtiyat skamyasında nizam-intizama nəzarət edəcək. Görüşün favoritləri görüş sahibləridir. Onlar indi qrupda almanlarla birinci-ikinci yerləri bölüşdürürlər. Bu zaman Almaniya ötən turda San-Marino komandasının qapısından on üç cavabsız top keçirərək, onlara qalib gəlib.

Qeyd etmək lazımdır ki, V.Əliyev indiyədək seçmə oyunlarda iştirak etməyib, ona görə də bu oyun onun karyerasında yeni mərhələ olmalıdır.

Xəbər lenti

Xəbər lenti