...

Məlahət Həsənova: Azyaşlı məhkumların cəmiyyətə sağlam inteqrasiyası onların azadlığa təhsil diplomu ilə çıxmasındadır

Cəmiyyət Materials 6 Oktyabr 2006 12:06 (UTC +04:00)

Azərbaycanda azyaşlı məhkumların cəmiyyətə sağlam inteqrasiyası onların azadlığa təhsil diplomu ilə çıxmasındadır. Trend in xəbərinə görə, millət vəkili Məlahət Həsənova jurnalistlərə məlumatında bildirib ki, tərbiyə müəssisəsində cəza çəkən azyaşlı məhkumların hər birinin təhsil alması və təhsil diplomuna sahib olması üçün müxtəlif layihələr işlənir.

"Bu il Tərbiyyə Müəssisəsində cəza çəkən azyaşlı məhkumlar texniki peşə məktəbinə qəbulla bağlı imtahana cəlb olundular və onların 14 faizi (8 nəfər) imtahan suallarını uğurla cavablandıraraq qiyabi təhsil almağa vəsiqə qazandı. Qərara alınıb ki, ildə iki dəfə elə Tərbiyə Müəssisəsində onların sessiyaları keçirilsin. Sevindirici haldır ki, həmin azyaşlı məhkumlar azadlığa təhsil diplomu ilə çıxacaqlar. Bu da onların gələcəkdə sağlam cəmiyyətə qayıdışını asanlaşdıracaq", - deyə M.Həsənova bildirib.

Xəbər lenti

Xəbər lenti