...

Azərbaycanın səhiyyə naziri Türkiyənin Qazi Universitetinin nümayəndə heyətini qəbul edib

Cəmiyyət Materials 2 Noyabr 2006 19:18 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti - universitetin rektoru, tibb elmləri doktoru Kedri Yamaci, tibb elmləri doktoru Tül Öygül, tibb fakültəsinin dekanı Aişə Dursun, professor Mehmet Kitabçı, rezindentura fakültəsinin dekanı Nəsib Gülgüz ilə görüşüb.

Trend Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, görüşdə O.Şirəliyev hər iki dövlətin mütəxəssislərinin qarşılıqlı səfərlərinin, təhsil proqramları istiqamətində birgə işlərinin əhəmiyyətini qeyd edib.

Nazir Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin səviyyəsindən məmnun olduğunu bildirərək deyib ki, Qazi Universiteti ilə Azərbaycan Tibb Universiteti arasındakı əməkdaşlıq 1993-cü ildən başlayıb.

Universitetin rektoru bildirib ki, Azərbaycanda səhiyyə sahəsində keçirilən islahatlar haqqında kifayət qədər məlumatı var. Universitetin əsas məqsədi Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığı genişləndirmək və yüksək ixtisaslı kadrlar hazırlamaqdır.

Xəbər lenti

Xəbər lenti