...

Mətbuat Şurası və Dini Qurumlarla İş İzrə Dövlət Komitəsi birgə tədbir keçirəcək

Cəmiyyət Materials 20 Noyabr 2006 11:29 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mediada dini dəyərlərə ehtiramla yanaşılması sahəsində tendensiyaların inkişafına xidmət məqsədilə birgə tədbir keçirəcəklər. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Bu məqsədlə noyabrın 20-də saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində "Dini dəyərlər və media" mövzusunda "dəyirmi masa" keçiriləcək. Bu mühüm məsələnin müzakirəsində Mətbuat Şurasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, tanınmış din xadimləri, ziyalılar, kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər iştirak edəcəklər.

Dini dəyərlərə hörmətlə yanaşılması ənənəsinin qorunmasına xidmət məqsədilə düzənlənən "dəyirmi masa" Mətbuat Şurasının həm də jurnalistlərin ixtisaslaşması üçün nəzərdə tutduğu silsilə tədbirlərdən biridir.

Xəbər lenti

Xəbər lenti