...

Mətbuat Şurasının üzvləri ilə Əmlak Komitəsi sədrinin görüşü nəticəsiz başa çatıb

Cəmiyyət Materials 23 Noyabr 2006 19:46 (UTC +04:00)

Mətbuat Şurası İdarə Heyətinin üzvləri Qulu Məhərrəmli və Vüqar Səfərli "Azadlıq" qəzetinin yerləşdiyi binadan çıxarılması problemini müzakirə etmək üçün noyabrın 23-də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla görüş keçiriblər. Bu barədə Trend ə AzTV-nin "Səhər" proqramının rəhbəri Qulu Məhərrəmli məlumat verib.

Qeyd edək ki, Dövlət Komitəsi AXCP-nin, "Azadlıq" qəzetinin, "Turan" agentliyinin Xaqani 33 ünvanında yerləşən binadan çıxmaları tələbi ilə məhkəmədə iddia qaldırıb.

Qulu Məhərrəmlinin sözlərinə görə, hər iki tərəf öz mövqeyində qalır: "Əmlak Komitəsi hesab edir ki, "Azadlıq" qəzeti bu binada qanunsuz məskunaşıb, icarə müqaviləsi yoxdur. Qəzetin isə mövqeyi ondan ibarətdir ki, dəfələrlə icarə müqaviləsi bağlamaq üçün müaciət olunub, lakin Dövlət Komitəsi bu təklifi qəbul etməyib. Ona görə də bizim üçün dolaşıq görünən hüquqi nüansdır. Sabah məhkəmə hansı tərəfin hüquqi cəhətdən haqlı olduğunu müəyyənləşdirəcək. Mən Əmlak Komitəsinin bu məsələdə yumşaq mövqedə dayanmadığını, güzəştə getməyə meylli olmadığını müşahidə etdim".

Q.Məhərrəmlinin sözlərinə görə, əsas məqsəd tərəflərin hansısa razılığa gəlməsinə nail olmaq idi, lakin Mətbuat Şurası nümayəndələri Komitə sədrinin mövqeyində bunu hiss etməyiblər. Yəni, görüş nəticəsiz başa çatıb. Q.Məhərrəmlinin sözlərinə görə, Komitə sədri məsələnin hüquqi tərəfini əsas gətirərək bildirib ki, son bir ildə bu cür 1300 iddia qaldırılıb, həmin şikayətərin 50 faizi məhkəmə yolu ilə həll olunub, bir sıra binalar boşaldılıb. Komitə sədri KİV-lərə müvafiq yerlər təklif etməyə hazır olduğunu da deyib.

Xəbər lenti

Xəbər lenti