Din sahəsində əməkdaşlığın inkişafı məsələləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin Küveytin vəqflər və islam işləri naziri Abdulla Masukomla görüşündə müzakirə mövzusu olub. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev məlumat verib.
Görüşdə tərəflər müasir dünyanın aktual məsələlərini, radikal dini cərəyanlarla mübarizədə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib.
Görüş şeyxülislamın noyabrın 26-da Küveytdə ölkə əmirinin hamiliyi altında başlamış beynəlxalq konfransda iştirakı çərçivəsində keçib.
Noyabrın 29-dək davam edəcək konfransda nüfuzlu din xadimləri iştirak edir.