...

Gəncədə iki məktəb direktoru vəzifəsindən azad edilib

Cəmiyyət Materials 27 Noyabr 2006 17:38 (UTC +04:00)

Gəncə şəhərində iki məktəb direktoru işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib. Bu haqda məlumatı Trendin Qərb Bürosuna Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev verib.

Onun sözlərinə görə, vəzifədən azad edilənlər 25 saylı orta məktəbin direktoru Fəxrəddin Salahov və 10 saylı orta məktəbin direktoru Gülcahan Dəmirçiyevadır. "Sözügedən iki məktəbdə aparılan yoxlama işləri göstərdi ki, bu məktəblərdə şagirdlərin dərsə davamiyyətləri və təhsilin səviyyəsi çox aşağıdır. Bir sıra qanun pozuntuları da aşkar edildi. Belə qərara gəldik ki, bu iki məktəb direktorunu vəzifədən azad edək" - deyən M. Əliyev artıq məktəblərə yeni direktorların təyin edildiyini də bildirdi. 10 saylı orta məktəbə Gəncə şəhər Təhsil İdarəsinin sabiq rəisi Cəlal Fətullayev, 25 saylı orta məktəbə isə İdarənin rəis müavini vəzifəsində çalışan Xanlar Əmiraslanov təyin olunub.

Müsahib qeyd etdi ki, şəhər məktəblərində yoxlama işləri davam edir və işində nöqsan olan məktəb direktorları haqqında ciddi tədbir görüləcək.

Xəbər lenti

Xəbər lenti