...

Qrossmeyster Şəhriyar Məmmədyarov Eduard Dubovun reytinqində doqquzuncu yeri əldən buraxmır

Cəmiyyət Materials 18 Dekabr 2006 16:43 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrə sistemi üzrə FİDE Komissiyasının üzvü Eduard Dubovun yenilənmiş reytinqində doqquzuncu yerdə dayanıb.

Trend xəbər verir ki, Moskvada keçirilən Mixail Tal memorialındakı son çıxışların yekunları üzrə şahmatçı ümumilikdə 2734,1 bal yığıb və bu, ona israilli Boris Qelfandı, 2004-cü il Dünya kubokunun finalçısı ingiltərəli Maykl Adamsı, rusiyalı Pyotr Svidleri, macar Yudit Polqarı və bir çox digər rəqibləri qabaqlamağa imkan verib.

Bu zaman blits üzrə M.Tal Kubokunu qazanmış digər yerli şahmatçımız Teymur Rəcəbov on dördüncü mövqedə yerləşib və ukraynalı Ruslan Ponomaryovu, rusiyalı Aleksandr Qrişuku, fransız Etyen Bakronu, İspaniya nümayəndəsi Aleksey Şirovu və başqalarını geridə qoyub.

Xəbər lenti

Xəbər lenti