...

Azərbaycanda meteoroloji stansiya açılıb

Cəmiyyət Materials 25 Dekabr 2006 15:11 (UTC +04:00)

Bu gün Səngəçal terminalının yaxınlığında, Ələt qəsəbəsində Ələt hidrometeoroloji stansiyasının təntənəli açılış mərasimi keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin başçısı Gülşən Hüseynovanın Trend ə verdiyi xəbərə görə, hidrometeostansiya meteoroloji vəziyyətin və iqlimin müəyyən olunması və öyrənilməsi üçün nəzərdə tutulub.

"Yeni stansiya müasir iqlimin öyrənilməsi və dəyişməsində, eləcə də həm dəniz, həm də yerüstü xəbərdaredici və operativ proqnozların hazırlanmasında mühüm rol oynayacaq. Bu, əsasən, ölkənin daha quru hissəsi olan şərq hissəsinə aiddir. Hidrometeostansiya operativ (meteoroloji) və rejim (hidrometeoroloji) funksiyalarını daşıyır", - deyə o vurğulayıb.

G.Hüseynova qeyd edib ki, yeni texnologiyalarla təchiz olunmuş stansiyaların köməyi ilə havanın temperaturunu, rütubətini, yağıntını, atmosfer hadisələrini, küləyin sürəti və istiqamətlərini, atmosfer təzyiqini, yer səthinin temperaturunu, buludluluq və digər meteoroloji parametrləri ölçmək olacaq.

"Hər üç saatdan bir hidrometeostansiyanın əldə etdiyi nəticələr Milli hidrometeoroloji departamentə göndəriləcək. Ələt və Azərbaycan ərazisində işləyən digər 60 stansiya sayəsində operativ sxem üzrə meteobülletenlər, sinoptik kartlar hazırlanacaq və onlar bizə bölgənin meteoroloji vəziyyətindən danışmağa imkan verəcək", - deyə mətbuat xidmətinin başçısı bildirib.

Qeyd edək ki, dünyada belə hidrometeostansiyaların sayı 10 mindən çoxdur.

Xəbər lenti

Xəbər lenti