...

Peşəkar boksçu Əli İsmayılov bu il daha 5 döyüş keçirəcək

Cəmiyyət Materials 6 Mart 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov bu il ərzində daha 5 döyüş keçirməyi planlaşdırır.

Bu yaxınlarda Sankt-Peterburqda WBO Latino kəmərini qazanan idmançının Trend ə verdiyi məlumata görə, o, indi WBO (World Boxing Organization) versiyasında fəxri ad uğrunda mübarizə aparmaq niyyətindədir. Məqsədə nail olmaq üçün birincilik uğrunda görüş isə bazar ertəsi Finlandiyada olacaq. Helsinqdən savayı Ə. İsmayılov İsveçrə, Hollandiya, Danimarka və Almaniyada da döyüşlər keçirəcək, lazım olan reytinqi yığdıqdan sonra fəxri ada bilavasitə iddia edə bilər. "Əgər hər şey planla getsə, mən ilin sonunda fəxri ad uğrunda görüşə çıxa bilərəm və peşəkar rinqdə ikinci qənimətimi qazana bilərəm. Bu, mənim üçün çox vacibdir və inanıram ki , istəyimə nail olacağam", - deyə Ə. İsmayılov qeyd edib.

Xəbər lenti

Xəbər lenti