...

Sabiq intisadi inkişaf nazirinin cinayət işi üzrə 19 nəfər təqsirli bilinib

Cəmiyyət Materials 15 Mart 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin barəsindəki istintaq müddəti aprelin 28-də başa çatır. Respublika Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev bildirib ki, hazırda təqsirləndirilən şəxslər və onların vəkilləri cinayət işinin materialları ilə tanış olurlar. Bu iş üzrə 19 nəfərin təqsirləndirilən şəxs qismində tanındığını deyən Əfəndiyev həmin şəxslərin əsasən korrupsiya cinayətlərində ittiham olunduğunu bildirib. Təqsirləndirilən şəxslərin böyük qismi İqtisadi İnkişaf Nazirliyinə tabe qurumların sabiq əməkdaşlarıdır.

Fərhad Əliyev vergidən yayınma, məmimsəmə və ya israf etmə, vəzifə səalhiyyətlərindən sui-istifadə, Rafiq Əliyev vergi ödəməkdən yayınma, kütləvi iğtişaşlara cəhd, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, qaçaqmalçılıq cinayətlərində ittiham olunurlar.

Əfəndiyev Fərhad və Rafiq Əliyevlər barəsində Cinayət Məcəlləsinin 29,278-ci (hakimiyyəti zorla ələ keçirmə bə ya onu zorla saxlama) ittihamın bu işdən ayrıldığını qeyd edib. Hazırda bu maddə ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. Həmin ittihamla istintaq başa çatandan sonra təqsirləndirilən sabiq səhiyyə naziri Əli İnsanov, Prezident Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev, Gəncənin sabiq polis rəisi Natiq Əfəndiyev və digərləri barəsində yenidən məhkəmə prosesi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti