...

Azərbaycan taekvando Federasiyası: WTF yeni ideyalar üzərində işləməlidir

Cəmiyyət Materials 15 Mart 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Dünya Taekvanda Federasiyası (WTF) müvəqqəti olaraq elektron sensorlu (sezici) jilet və dəbilqələrin tətbiqi fikrindən imtina edib.

Milli Federasiyanın vitse-prezidenti Füzuli Musayevin Trend ə verdiyi məlumata görə, WTF-in başçısı Çonq Von Çu bütün federasiyalarla bərabər Azərbaycana bildirib ki, yenilik nə Pekində keçiriləcək dünya çempionatında, nə də Olimpiada-2008-də tətbiq edilməyəcək. "Layihənin hələ işlənib hazırlanmağa ehtiyacı var, bunu Cənubi Koreyanın Çunçon təcrübə yarışları da göstərdi. Buna görə də WTF federasiyaların və idmançıların fikrini nəzərə alaraq hələ bu istiqamətdə işləyəcək", - deyə Musayev qeyd edib. Qeyd etmək lazımdır ki, WTF-in bu təşəbbüsü hakimliyi daha da şəffaf etməyə yönəlib.

Xəbər lenti

Xəbər lenti