...

AFFA "Xəzər" və "Bakı"nı üç min AZN cərimələyib

Cəmiyyət Materials 29 Mart 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ AFFA-nın İntizam Komitəsi növbəti iclasının nəticələrinə görə, "Xəzər" və "Bakı" 3 000 AZN məbləğində cərimələnib.

Assosiasiyasından Trend ə verilən məlumata göstərilir ki, komandalar hər biri ölkə çempionatının oyunlarında bir-birləri ilə qarşılaşmada oyunçuların aldığı sarı kartlara görə AFFA-nın xəzinəsinə1 000 AZN, "Bakı"nın qapıcısı Xalid Sissoko və "Xəzər"in müdafiəçisi Valeri Abramidzenin kənarlaşdırılmasına görə isə hər biri 2 000 AZN ödəyəcəklər. Bu oyunçulara iki oyunluq diskvalifikasiya verilib, buna görə də növbəti turun ilk oyunlarında onlar yoldaşlarına kömək edə bilməyəcəklər.

Eyni zamanda "Olimpik" də "Gənclərbirliyi" ilə oyununda öz müdafiəçisi Usim Ndukinin kənarlaşdırılmasına görə 2 000 AZN məbləğində cərimə ödəyəcək. Milliləşdirilmiş qara dərili də növbəti iki oyunu buraxmalı olacaq.

Xəbər lenti

Xəbər lenti