...

Rusiya hökuməti Bakı gimnaziyalarından birinə ümumi həcmi 36 ton olan 310 adda dərslik verib

Cəmiyyət Materials 30 Mart 2007 18:03 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir S.Ağayeva/Bakının 134 nömrəli məktəbinin şagirdləri cümə günü Rusiya hökumətindən hədiyyə olaraq rus dilində 310 adda dərslik, metedoloji və bədii ədəbiyyat alıblar.

Kitablar arasında rus dili, cəbr, fizika, kimya və başqa fənlərə aid dərsliklər, metodika və pedaqoqikaya dair digər kitablar, həmçinin bədii və elmi ədəbiyyat nümayəndələri var. "Bununla belə, Azərbaycanda rus dilində təhsil alan şagirdlərə hətta bu həcmdə də kitab azdır",-deyə Rusiyanın azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərə bildirib. Onun sözlərinə hgörə, növbəti ildə yeni kitabların gətirilməsi planlaşdırılır, "əsas odur ki, bu, şagirdlərin maraqlarına və tərtib olunmuş tədris proqramlarına cavab versin",-deyə o qeyd edib.

Rusiyanın elm və təhsil naziri A.Fursenkoya istinad edən səfir qeyd edib ki, Azərbaycanda rus dilində təhsilin səviyyəsi çox yüksəkdir və bu, postsovet məkanında azərbaycanlıların üstünlüyüdür.

Xəbər lenti

Xəbər lenti