...

ABŞ İnkişaf Agentliyi Azərbaycanın Quba rayonunda məktəb layihəsini maliyyələşdirib

Cəmiyyət Materials 9 Aprel 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) maliyyələşdirdiyi İcma İnkişafı Fəaliyyəti Proqramının Quba rayonunun Zərdabi icmasında həyata keçirdiyi məktəb layihəsinin açılış mərasimini keçirir. Tədbir 10 Aprel 2007-ci il tarixdə səhər saat 11:00-da Zərdabi icma məktəbinin qarşısında keçiriləcək. Bütün mətbuat nümayəndələri tədbirə dəvət olunur.

Layihələrin icrası Amerika xalqının vəsaiti ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin İcma İnkişafı Fəaliyyəti Proqramı çərçivəsində CHF İnternational təşkilatı və onun yerli tərəfdaşı sayılan ÜMİD tərəfindən həyata keçirilib. Zərdabi icmasının sakinləri inanırlar ki, bu layihənin həyata keçirilməsi təhsilin səviyyəsini yaxşılaşdıracaq, məktəb-icma, məktəb-valideyn münasibətlərini gücləndirəcək, eləcə də icmanın idman potensialını artıracaq.

Xəbər lenti

Xəbər lenti