...

Nazir müavini: "Qobustan həbsxanasında cəmi 26 məhkum aclığa başlayıb"

Cəmiyyət Materials 17 Aprel 2007 11:26 (UTC +04:00)
Nazir müavini: "Qobustan həbsxanasında cəmi 26 məhkum aclığa başlayıb"

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında 26 nəfər məhkum dünəndən aclığa başlayıb. Bu barədə Trend ə çərşənbə axşamı eksklüziv açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib. Ələkbərov bildirib ki, Qobustan həbsxanasında 80-dən artıq məhkumun aclığa başlaması və aksiyanın aprelin 16-dan başlaması barədə yayılan məlumatlar yanlışdır. Nazir müavininin sözlərinə görə, dünən məhkumlar nahardan imtina etdiklərini və aclıq etdiklərini bildiriblər. Bundan sonra onlardan bu barədə ərizə alınıb. Ələkbərov bildirib ki, ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 26 məhkum cəzalarının 15 ilə endirilməsini və bu məsələnin AŞPA-nın sessiyasında qaldırılmasını tələb edir. Ələkbərov məhkumların qaldırdıqları problemin onların səlahiyyətində olmadığını vurğulayıb: "Onların tələblərini məhkəmələr həll edə bilər. Həmin məhkumların bir qismi bu tələblə məhkəmələrə müraciət edib. Məhkəmələrin bununla bağlı qərarları var. Bəzilərinin işi yuxarı məhkəmə instansiyalarındadır".

Məhkumların ailələri isə bir qrup məhkumun 3 gündür aclığa başladığını iddia edir. Onlar bildirib ki, aprelin 14-dən 30-dan çox məhkum aclığa başlayıb. Dünəndən isə ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 86 məhkumun hamısı aclıq edir.

Xəbər lenti

Xəbər lenti