...

Qrossmeyster Teymur Rəcəbov Rusiya çempionatında qələbəyə yaxındır

Cəmiyyət Materials 11 May 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rusiya çempionatının növbəti turunda Yekaterinburqun "Ural" komandasına "Politexnik"i məğlubiyyətə uğratmağa kömək edib.

Trend in məlumatına görə, "Ural" bu qələbəni çətinliklə qazanıb - 3,5:2,5. Nijni Taqil təmsilçisi Yekaterinburqdan olan komandaya layiqli müqavimət göstərib, lakin sonra səviyyə öz sözünü deyib. Əldə etdiyi qələbəyə görə "Ural" turnir cədvəlində ikinci yeri qoruyub saxlaya bilib. Hazırda bu klub iki xal irəlidə olan "Tomsk-400" komandasına çatmağa çalışır.

Sonuncu turda sözügedən klublar üz-üzə gələcək. Əgər "Ural" 4:2 hesabı ilə qələbə qazana bilsə, birinci yerə sahib çıxa biləcək.

Xatırladaq ki, komandanın lideri Rəcəbov yüksək reytinq göstəricilərinə görə Yekaterinburq komandasında birinci lövhədə çıxış edir.

Xəbər lenti

Xəbər lenti