...

Polşa yığması Bakıya mayın 31-də gələcək

Cəmiyyət Materials 24 May 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Millimizin Avro-2008 seçmə mərhələsindəki rəqibi olan Polşa yığması Bakıya mayın 31-də gələcək.

İyunun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun öncəsi qonaqlar "Şəfa" stadionunda məşqlər keçirəcək. Bilavasitə matç günü isə polyaklar ölkənin əsas arenasına baş çəkəcəklər, meydançanın vəziyyətini yoxlamaq üçün yüngül məşqə çıxacaqlar.

Qeyd edək ki, Polşa yığması "A" qrupunun lideridir. Polyaklar ev oynunda Şahin Diniyevin yetirmələri üzərində 5:0 hesablı qələbə qazanıblar. Ona görə də onlar Bakıya yüksək əhval-ruhiyyə ilə gələcəklər. Xatırladaq ki, öncəki seçmə mərhələsində Polşa yığması Bakıdakı oyunda yığmamızı 3:0 hesabı ilə məğlub edib. Bundan sonra yığmanın o vaxtkı baş məşqçisi Karlos Alberto Torres istefaya gedib.

Xəbər lenti

Xəbər lenti