...

Azərbaycanlı muğam ustası İran Konservatoriyasında dərs deyəcək

Cəmiyyət Materials 2 İyun 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /müx. "TrendLife" Səbinə Haşımova/ Əməkdar artist, muğam ustası Mənsum İbrahimov İrandan təzə qayıdıb. "TrendLife"a müğənninin verdiyi məlumata görə, Tehranda Respublika günü ilə əlaqədar konsert keçirilib. Bu konsert Azərbaycanın İrandakı səfirliyi tərəfindən təşkil olunub. Konsertdə əməkdar artistlər tarzən Elşən Haşımov, kamança ustası Elmir Əhmədov, İbrahimovun tələbələri Təyyar Bayramov, Leyla Əhmədova çıxış ediblər. Konsertə müxtəlif ölkələrin 100 səfiri dəvət edilmişdi. Tədbirdə həmçinin Bakı Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi də iştirak edib. Səfər zamanı iki mərhələli saziş də imzalanıb. Bu sazişə əsasən, İbrahimov İran Konservatoriyasında master-klass verəcək. Müğənniyə artıq avqust-sentyabr aylarında İranda çıxış etəmk üçün dəvət gəlib.

Xəbər lenti

Xəbər lenti