...

Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti mövsümün yekunlarını elan edib

Cəmiyyət Materials 4 İyun 2007 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend Z.Səfərov/Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin, təşkilatın rəhbəri Nadir Nəsibovun sədrliyi ilə keçirilən iclasında böyük və uşaq-gənc liqalarının kişi komandaları arasında müntəzəm ölkə çempionatlarının yekunları müzakirə olunub.

Federasiyanın mətbuat xidmətindən məlumat verildiyi kimi, iclas iştirakçıları MOK və Gənclər və İdman Nazirliyinin köməyi və dəstəyi ilə keçirilən yarışların qənaətbəxş təşkilati-texniki səviyyədə keçməsi barədə fikir bildiriblər.

Bununla yanaşı, hələ də həll olunmamış problemlər aşkar olunub. Onlardan ən əsası Bakıda çempionatların bütün iştirkçılarının, ixtisaslı məşqçi kadrların istifadə edə biləcəyi ixtisaslaşdırılmış basketbol zalının olmamasıdır. Basketbolun əsasən Azərbaycanın paytaxtında yayılması faktı da narahatedici haldır.

İclas iştirakçıları eyni zamanda problemlərin bir saat ərzində həllinin mümkün olmaması fikrində həmrəy olublar. Buna baxmayaraq, basketbol üzrə keçirilən müntəzəm çempionatlar idman hərəkatı kimi ümumilikdə olimpiada ümidlərinə yalnız ümumazərbaycan baxışı deyil, həm də böyüməkdə olan nəslin fiziki sağlamlığının formalaşmasında ən əsas faktordur.

Xəbər lenti

Xəbər lenti