...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi ittiham aktının elanı ilə davam edir

Cəmiyyət Materials 5 İyun 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ İyunun 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi ittiham aktının elanı ilə davam edib. İttiham aktını hazırda dövlət ittihamçısı Nazir Bayramov oxuyur. Hazırda məhkəmə iclasında Mirməcid Əhmədova qarşı irəli sürülmüş ittihamlar elan edilir. İttiham aktında qeyd olunur ki, Əhmədov Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin Kiçik özəlləşdirmənin təşkili və torpaq sektorunun müdiri vəzifəsində işləyib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir.

İttiham aktına görə, Əhmədov Ali Məhkəmənin hazırda yerləşdiyi binanın, Zaqatalada yerləşən "Azərqida LTD"nin, "İçəri şəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunun balansındakı 188,5 kvadrat metr qeyri-yaşayış sahəsinin, "Cənubsənayetikinti" şirkətinin yarımçıq tikilisinin və həmin yarımçıq tikilinin yerləşdiyi 3250,0 kvadrat metr torpaq sahəsinin, "Azər Tac" Azərbaycan Dövlət Teleqraf Agentliyinin balansında olan 34,3 kv.metr qeyri-yaşayış sahəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin balansında olan elmi-texniki kitabxananın 717,8 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin, çoxsaylı aptek və mağaza sahələrinin qanunsuz yolla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumlarının adına özəlləşdirilməsində yaxından iştirak edib.

Məhkəmə prosesi ittiham aktının elanı ilə davam edir.

Xəbər lenti

Xəbər lenti