Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili - ombudsman Elmira Süleymanovanın təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə 18-19 iyunda Bakıda ombudsmanların V Beynəlxalq Bakı Konfransı keçiriləcək. Ombudsman Aparatından aldığımız məlumata görə, konfrans "İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ombudsmanların imkanlarının inkişaf etdirilməsi" mövzusuna həsr olunacaq.
Konfransda bir sıra Avropa və MDB ölkələrinin ombudsmanları, Beynəlxalq Ombudsmanlar İnstitutunun vitse-prezidenti, Avstriya ombudsmanı P.Kostelka, YUNESKO-nun Moskva bürosunun nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktor müavini Mark Qatrin iştirak edəcək.Tədbir ölkədə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə yönəldilib.