...

Elnur yeni klip çəkilişlərinə başlayıb

Cəmiyyət Materials 22 İyun 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /müx. "TrendLife" Ayəndə Dadaşova/ Bizim müğənnilər özlərini kimlərə oxşatmırlar ki. "TrendLife"ın verdiyi məlumata görə, estrada müğənnisi Elnur Quliyev "Sevmə məni" mahnısına yeni kelip çəkdirir. O, klipdə kovboy rolunu ifa edəcək. Klipdə onun yarı isə Selin olacaq. Selin Dion yox, türk pop divası Selin! Yox, yanılmayın, bu, sadəcə yerli fotomodelimizin özünə götürdüyü təxəllüsdür. Yeri gəlmişkən, klipi rejissor Pünhan Həsənli çəkir. Mahnının musiqisi tanınmış cazmen və bəstəkar Şahin Növrəsliyə, sözləri isə ... Elnur dedi ki: "Adı yadımdan çıxıb".

Xəbər lenti

Xəbər lenti