...

Azərbaycanın qadın gimnastları "Karib dənizinin quldurları" blokbasterinin sədaları altında çıxış edəcəklər

Cəmiyyət Materials 30 İyun 2007 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Qrup məşqləri üzrə Azərbaycan gənclərindən ibarət yığma Bakıda start götürən bədii gimnastika üzrə çempionatda "Karib dənizinin quldurları" blokbasterinin məşhur kompozisiyası altında çxış edəcəklər.

Trend agentliyinin verdiyi məlumata görə, yarışmanın son günündə yüksək mükafatlar uğrunda mübarizə aparacaq yığma məşqi beş gürzlə icra edəcək. Fərdi hesabda isə Dinara Gimatova Despina Vandinin "Dehambi" kompozisiyası altında lentlə, Anna Qurbanova iplə və gürzlə çıxış edəcəklər.

Aliyə Qarayevaya gəldikdə isə o, növbə ilə dörd alətlə, Fikrət Əmirovun "Min bir gecə" musiqisinin müşayiəti altında gürzlə çıxış edəcək.

Qeyd edək ki, çempionatda "B" və "C" qrupundan olan xanımlar iyunun 28-də, favoritlər isə bir gündən sonra xalçaya çıxacaqlar.

Xəbər lenti

Xəbər lenti