...

"Bakılı oğlanlar" komandasının aktyoru Elçin Əzizov: " İndi istedadımızı ayrı-ayrılıqda nümayiş etdirəcəyik"

Cəmiyyət Materials 12 İyul 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /müx.TrendLife Eldar Hüseynzadə/ŞHK-nun keçən ilki ad günündə Aleksandr Maslyakov "Bakılı oğlanlar"ı da dəvət etmişdi. Hər il olduğu kimi, ŞNK-nin keçirdiyi musiqi müsabiqəsində iştiraka dəvət olunan bizimkilər nədənsə müsabiqədə iştirak edə bilmədilər. Görəsən niyə? Məhz bu sualla komandanın aktytoru Elçin Əzizova müraciət etdik.

"Mənim üçün bu sualda tək bir istiqamət var. Mənə deyin görüm, Olimpiya çempionu olan insanın Respublika çempionatında iştirak etməsinə lüzum var? Biz 20-ci əsrin çempionu olmuşuq. Biz hər kəsə sübut etdik ki, hamıdan yaxşıyıq. Nəyə görə bir də bunu sübut etməliyik? Gərək kainat çempionu olaq? Toplaşıb olarıq. Bizim hər birimiz istedadlıdır. İndi istedadımızı ayrı-ayrılıqda nümayiş etdirəcəyik. Biri var ki, on beş nəfər yığılıb Azərbaycan üçün nəsə edirsən. Biri də var, ayrı-ayrı sahələr üzrə nəsə edirsən. Belə gedişlə hamı biləcək ki, Bakıda nəinki ŞHK var , burda həmçinin yaxşı siyasətçi, biznesmen, texnoloq, prodüsser, rəssam, opera müğənnisi və s. var" - deyə o qeyd etdi.

Xəbər lenti

Xəbər lenti