...

Qrossmeyster Vüqar Həşimov "Arctic Challenge"də şanslarını qoruyub saxlayır

Cəmiyyət Materials 10 Avqust 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Trömse şəhərində keçirilən "Arctic Challenge" beynəlxalq turnirin liderinə çatmaq üçün səylər göstərir.

Trend in xəbərinə görə, altıncı turda şahmatçımız norveçli Simen Aqdesteynlə heç-heçə oynayıb. Bundan sonra onun aktivində xalların sayı 4,5 olub. Eyni göstəriciyə daha on nəfər turnir iştirakçıları malikdir. Lakin əlavə əmsallara görə Vüqar turnir cədvəlində yeddinci yerəd qərarlaşıb. O, norveçli Çetil Lidən bir xal geri qalır. Li bu turda Mixail Qureviçi məğlub edib.

Qeyd edək ki, Həşimov turnir cədvəlində reytinq-favorit olan Maqnus Karlsendən irəlidədir. Karlsen bu yaxınlarda Bildəki turnirin qalib olub. Burada o, sonuncu turda Teymur Rəcəbovu məğlub etmişdi.

Xəbər lenti

Xəbər lenti