...

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlib

Cəmiyyət Materials 18 Avqust 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer Bakıya avqustun 20-də start götürəcək Heydər Əliyev Kubokuna fəxri qonaq qismində gəlib.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi xəbərə görə, səfər zamanı Meyer azərbaycanlı həmkarları, Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə görüşlər keçirəcək.

Bu görüşlərdə o burada iri voleybol yarışlarının keçirilməsi imkanlarını müzakirə edəcək. İstisna deyil ki, tərəflər "AzərReyl"də çıxış etməkdən boyun qaçıran Azərbaycan yığmasının lideri Natalya Məmmədovanın məsələsini də nəzərdən keçirsin.

Məhz Meyer Vyanada keçirilən təntənəli mərasimdə Natalyaya Çempionlar liqasının ötən mövsümünün ən yaxşı oyunçusu mükafatını verib.

Xəbər lenti

Xəbər lenti