...

Rusiyanın BBC xidməti Moskvaya yayımın dayandrılmasının səbəbi ilə bağlı çaşqınlıq içərisindədir

Cəmiyyət Materials 21 Avqust 2007 15:00 (UTC +04:00)
Rusiyanın BBC xidməti Moskvaya yayımın dayandrılmasının səbəbi ilə bağlı çaşqınlıq içərisindədir

Azərbaycan, Bakı / Trend , müxbir A.Qasımova / Rusiyanın BBC xidməti Moskvada "Böyük Radio"nun dağalarında BBC-nin yayımının dayandırılması ilə bağlı çaşqınlıq içərisindədir.

Moskvanın "Böyük Radio" radiostansiyasının yeni sahibləri BBC-nin ümumdünya xidmətinə bildirib ki, xidmətin rus dilində olan proqramlarının radiostansiyanın efirində yayımı avqustun 18-i axşam translasiyanın dayandırılmasından iki gün əvvəl dayandırılacaq.

Cari ilin iyul ayında "Böyük Radionu" satın alan "Finam" holdinqinin nümayənədələri bildiriblər ki, BBC-nin proqramları teleradio yayımı sahəsində lisenziyalaşdırma və nəzarət komissiyasının tələbi ilə efirdən yığışdırılımalıdır, radiostansiyanın İnternet səhifəsinin məlumatında belə deyilir.

"Biz lisenziya alanda orada bildirilirdi ki, radiostansiya üçün lazım olan materialların 60%-ni radio özü, 40%-ni isə tərəfdaşlar ( bu halda BBC) təmin eltməlidirlər, lakin indi bildirirlər ki, materialın 100%-ni radio özü ("Böyük Radio") hazılamalıdır" - deyə bu gün telefonla Londondan Bi-Bi-Si - nin Rusiya xidmətinin rəhbəri Sara Gibson məlumat verib.

Trend ə "Finam" holdinqə kimin başçılıq etdiyini müəyyən etmək müyəssər olmayıb, lakin "Böyük Radio"nun keçmiş baş direktorunun sözlərinə görə, bu fiziki şəxsdir. "Finam"ın BBC-nin yayımını dayandırmasının səbəbi onun dövlət təbliğatı ilə məşğul olmasıdır.

"Rusiya, Böyük Britaniya, Almaniya və ya ABŞ tərəfindən maliyyələşdirilən istənilən kütləvi informasiya vasitəsi təbliğat xarakteri daşıyır" - deyə cümə günü jurnalistlərə "Finam" şirkətinin təmsilçisi bildirib.

BBC bütün televizora malik olanlardan toplanan lisenziya ödənişlərinin hesabına maliyyələşir. Bu dövlət kooporasiyası deyil. BBC (radio, televizor və İnternet -portallar) teleqəbulediciyə malik olmalarına görə haqq ödəyənlərin maraqlarını ödəyən ictimai yayımçıdır.

"Moskvada FM-dalğası bizim üçün çox mühümdür, çünki, bir çoxları radioya məhz BBC-nin xəbərlərinə görə qulaq asırdılar, bu yayımlanma bizim, "Rusiyanın səsi"nin və "Böyük Radio"nun arasında imzalanmış razılığın məhsulu idi" - deyə Gibson qeyd edib.

BBC kütləvi kommunikasiya, rabitə və mədəni irsin mühafizəsi sahəsində Federal Nəzarət Xidmətinə "Böyük Radio"nun efirinidən BBC-nin proqramlarının yığışdırılmasına dair lisenziya orqanlarının tələblərini yenidən nəzərdən keçirməsi xahişi ilə məktub göndərib.

BBC artıq üçüncü dəfədir ki, yüksək keyfiyyətli FM-diopozonda yayımlanmaq imkanından məhrum edilir.

2006-cı ilin noyabr ayında "Moskovskiye novosti" nəşriyyatına daxil olan Moskvanın "Radio Arsenal" radiostansiyası BBC-nin proqramlarının yayımını dayandırıb. 2007-ci ilin əvvəlində isə eyni addımı Sankt-Peterburqda "Radio Leninqrad" stansiyası da ataraq bəyan edib ki, stansiyanını bağlanmasını lisenziyalaşdırma üçün məsuliiyyət daşıyan yerli orqanlar tələb edib.

Xəbər lenti

Xəbər lenti