Azərbaycan, Bakı, 21 fevral /Trend müxbir T.Cəfərov/
Azərbaycan və İranın futbol üzrə gənclər yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İran Futbol Federasiyasının rəsmi saytı məlumat verir.
Məlumata əsasən, İranın milli komandası martın 1-də Bakıya səfər edəcək və Azərbaycan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
İran yığmasına Əli Dusti Mehr rəhbərlik edəcək.