...

Azərbaycanın peşəkar boksçusu Almaniya şirkəti ilə müqavilə imzalayıb

İdman Materials 2 Aprel 2012 14:04 (UTC +04:00)
Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yenidən idmana qayıdıb.
Azərbaycanın peşəkar boksçusu Almaniya şirkəti ilə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yenidən idmana qayıdıb.

Trend-in məlumatına görə, bu günlərdə Almaniyanın "LBN Boxpromotion" şirkəti ilə ikiillik müqaviləyə imza atan Məmmədov artıq məşqlərə başlayıb. May ayında Fariz Məmmədovun Almaniyada bir döyüşü də nəzərdə tutulub.

Xatırladaq ki, Məmmədov 2004-cü ildə iki dəfə qitələrarası çempion adını qazanıb. 2005-ci ilin yanvarında həbs olunan idmançı bu ilin yanvarında azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti