...

FİDE Azərbaycan Şahmat Federasiyası ilə qarşılıqlı əməkdaşlığa dair sənəd imzalayıb (FOTO)

İdman Materials 3 Aprel 2012 13:17 (UTC +04:00)
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov çərşənbə axşamı Bakıda qarşılıqlı əməkdaşlığa dair sənəd imzalayıblar.
FİDE Azərbaycan Şahmat Federasiyası ilə qarşılıqlı əməkdaşlığa dair sənəd imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir A.Axundov/

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov çərşənbə axşamı Bakıda qarşılıqlı əməkdaşlığa dair sənəd imzalayıblar.

Trend-in məlumatına görə, sənəd 2013-cü ilin mart ayında Londonda gerçəkləşəcək FİDE-nin şahmat üzrə iddiaçılar turnirinin keçirilməsi ilə bağlı təşkilati məsələləri əhatə edir.

Tədbirdə Rüstəmov bildirib ki, bu sənəd iki qurum arasında əməkdaşlığın daha geniş istiqamətlərini əks etdirir və yalnız bu turnirlə kifayətlənmir.

O deyib ki, imzalanan sənəd iki təşkilat arasında gələcək əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir, gələcəkdə birgə turnirlərin, tədbirlərin keçirilməsini nəzərdə tutur.

İlyumjinov çıxışında Azərbaycanda şahmata göstərilən yüksək dövlət qayğısını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Şahmat Federasiyası FİDE-nin ən etibarlı və fəal tərəfdaşlarından biridir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, şahmat üzrə iddiaçılar turnirində Azərbaycanı təmsil edəcək Teymur Rəcəbova nazirlik, ARDNŞ və federasiya bütün lazımi dəstəyi göstərəcək.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və FİDE-nin turnirini təşkil edəcək "AGON Limited" şirkətinin rəhbəri Endryu Polson sponsorluq haqqında saziş imzalayıblar.

Xatırladaq ki, Bakıda 2013-cü ildə keçirilməsi nəzərdə tutulan FİDE-nin iddiaçılar turniri ermənilərin etirazı nəticəsində Londona keçiriləcək.

Xəbər lenti

Xəbər lenti