...

Vaqif Sadıqov AZAL-ın baş məşqçisi təyin olunub

İdman Materials 6 Aprel 2012 13:17 (UTC +04:00)
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov özünə yeni iş yeri tapıb.
Vaqif Sadıqov AZAL-ın baş məşqçisi təyin olunub

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov özünə yeni iş yeri tapıb.

Sadıqov bu gün AZAL klubuna baş məşqçi təyin edilib.

Klubun mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu gün klub rəhbərliyi və futbolçuların iştirakı ilə keçirilən görüşdə Sadıqov rəsmən komandaya təqdim olunub, onunla ikiillik müqavilə imzalanıb.

Vaqif Sadıqovun köməkçilərindən biri də artıq məlumdur. Bu, Şakir Qəribovdur.

Qeyd edək ki, bu gün saat 12:00-da AZAL Sadıqovun rəhbərliyi altında ilk məşqinə çıxıb.

Xəbər lenti

Xəbər lenti