...

"Rəvan" - "Turan": penaltidən "qol yağışı"

İdman Materials 21 Aprel 2012 17:52 (UTC +04:00)
Bu gün Unibank Premyer Liqasında 29-cu turun oyunlarına start verilib.
"Rəvan" - "Turan": penaltidən "qol yağışı"

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Bu gün Unibank Premyer Liqasında 29-cu turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. Hər iki oyun ikinci "altılığ"a təsadüf edib. Paytaxtın "Rəvan" klubu öz meydanında "Turan"ı qəbul edib. Turnir cədvəlində vəziyyəti gərgin olan Tovuz təmsilçisinə bu görüşdə yalnız qələbə lazım idi.

Matçın 54-cü dəqiqəsində Taqim Novruzov penalti zərbəsində yaralanmaqla bakılıları hesabda önə çıxarıb. Novruzov daha bir qəhrəmanlığı ilə yadda qalıb. Belə ki, o, 61-ci dəqiqədə qırmızı kart alaraq meydanı vaxtından əvvəl tərk edib.

İkinci qol da penaltidən gəlib. Bu dəfə də sevindən tərəf "Rəvan" olub (2:0). Qolun müəllifi 82-ci dəqiqədə Miloş Zeçeviç olub.

Lakin matçın sonlarında oyun daha da gərginləşib. Tovuz təmsilçisi 2 dəqiqə ərzində 2 top vuraraq bakılılara şok yaradıb (2:2). 84 və 86-cı dəqiqələrdə müvafiq olaraq Georgi Beriaşvili və Aleksandr Qoqoberişvili (pen.) fərqləniblər. Matç elə bu hesabla da başa çatıb.

Digər qarşılaşma isə saat 18:00-da Zaqatalada keçiriləcək. Yerli "Simurq" klubu autsayder "Sumqayıt" ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti